Prezidentlik kürsüsündən sonra “Roshen”i də Poroşenkonun əlindən almaq istəyirlər

  • 17:49 - 23 Aprel

Ukrayna Sosialist Partiyasının lideri İlya Kiva fəaliyyətdə olan Ukrayna prezidenti Pyotr Poroşenkoya məxsus Karl Marks adına fabrikin özəlləşdirilməsinin qanunsuz sayılması ilə bağlı Kiyev məhkəməsinə müraciət edib.

Avropa.info xəbər verir ki, partiya lideri “NewsOne” telekanalına verdiyi müsahibədə şirniyyat fabrikinin Ukrayna xalqından oğurlandığını iddia edib. 

Kiva seçkidən sonra işə şəffaf baxılması ilə bağlı ümid etdiyini deyərək, məhkəməyə müraciət etdiyini bildirib.

“İndi niyəsə “Roshen” adlanan fabrik mütləq xalqa qaytarılacaq” – o, belə deyib.

Xatırladaq ki, Kiyev şirniyyat fabriki 1996-cı ildə Pyotr Poroşnekoya məxsus “Roshen” korporasiyasının nəzdindədir. 


Oxunma sayı: 4741

Oxşar yazılar