Ərdoğandan HDP-yə etiraz - Parlament iclasını yarıda tərk etdi

  • 17:21 - 23 Aprel

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə parlamentin özəl gündəmlə çağırılan iclasında çıxış edən HDP həmsədri Buldanın çıxışını dinləmədən parlamenti tərk edib.

Avropa.info xəbər verir ki, Ərdoğan verdiyi qərarla bağlı jurnalistlərə açıqlamasında bunları deyib:

“Necə tərk etməyim? İstiqlal Marşını bu parlamentin daxilində oxumayanları necə dinləyim? Mənim Mehmetlərimi şəhid edənləri dinləyəkmi? Onlarla qol-qola gəzənləri, onlarla çiyin-çiyinə verənləri dinləyəkmi?”

Ərdoğan CHP sədri Kamal Kılıçdaroğluya olan hücumla bağlı bu sözləri deyib:

“PKK-ya "terror təşkilatı deyil" deyəcəksiniz. PKK-nın qolu olan YPG-yə "terror təşkilatı deyil" deyəcəksiniz. Onların siyasi qanadı ilə əməkdaşlıq edəcəksiniz. Sonra da şəhid dəfninə gedirsiniz. Bu insanların yığılmış  əsəbi qarşısında haraya gedəcəksən, bunların hamısını ətraflı şəkildə araşdırmaq, fikirləşmək, lazımdır. Bunları istismarı vasitəsinə çevirməyin mənası da yoxdur. Mən belə prezident kimi hər hansı şəhid evi ziyarətindən əvvəl soruşuram: “Getməyim onları narahat edərmi?” Əgər edəcəksə, getməyim” deyirəm. Dua edəcəklərsə duamı evimdən edərəm”.

Kılıçdaroğluna zəng edib-etməməsi ilə bağlı suala Ərdoğan “Şərhimi verdim. Daha niyə zəng edim?”, cavabı verib.


Oxunma sayı: 6831

Oxşar yazılar