General Haftar Tripoliyə hücumun ikinci mərhələsinə əmr verdi

  • 15:40 - 23 Aprel

Liviyada qiyamçı general Xəlifə Haftara tabe olan hərbi qüvvələr paytaxt Tripoliyə qarşı hücum əməliyyatında ikinci mərhələyə başladıqlarını açıqlayıblar.

Avropa.info xəbər verir ki, Benqazidə keçirilən mətbuat konfransında açıqlama verən Liviya Milli Ordusunun nümayəndəsi Mismari regionda təhlükəsizliyi təmin etdiklərini, Milli Həmrəylik Hökumətinə məxsus əsas və ikinci dərəcəli mövqeləri müəyyən etdiklərini bildirib. 

Piyada və artilleriya birləşmələrindən istifadə edərək Tripoli hücumunun ikinci mərhələsinə keçdiklərini bildirən Mismarı şəhərdə yeni cəbhələr açılacağını deyib. O, hökumətin Tripolidəki onlarla obyektinin vurulduğunu qeyd edib.

Xatırladaq ki, Liviyanın şərqində qərarlaşan hərbi qüvvələrin komandanı Haftar 4 apreldə Tripoli üzərinə hücuma keçmək əmri vermişdi. Bu günədək davam edən hərbi əməliyyatlarda 254 nəfər ölüb, 228 nəfər yaralanıb. 32 min nəfər evlərini tərk edib.


Oxunma sayı: 5907

Oxşar yazılar