Saxta "erməni soyqırımı"nı rəsmən tanıyan CHP-nin İstanbul şöbəsinin sədri Canan Kaftancıoğlu eyni rəzaləti yenə də təkrarladı - Fotofakt

  • 15:02 - 23 Aprel

Saxta "erməni soyqırımı"nı rəsmən tanıyan, CHP-nin İstanbul vilayət şöbəsinin sədri Canan Kaftancıoğlu 23 aprel "uşaq bayramı" ilə bağlı paylaşdığı mesajda saxta "erməni soyqırımı"na işarət edib. 

Avropa.info xəbər verir ki, vaxtilə sol terror təşkilatı DHKC/P-nin üzvü olan, PKK-ya qarşı Türkiyənin keçirdiyi əməliyyatlara görə dövləti "qatil" adlandıran Kaftancıoğlu tvitterdə yaydığı mesajında bunları yazıb. 

"23 apreldən sonrakı gün nə idi? Bilmək istəməyənlər üçün ipucu: 1915" 



Qeyd edək ki, bir müddət öncə Canan Kaftancıoğlu 1915-ci ilin 24 aprelində baş vermiş olayları rəsmən "erməni soyqırımı" kimi qəbul etdiyini açıqlamışdı. Onun saxta "soyqırım" açıqlaması Türkiyədə sərt şəkildə tənqid edilsə də, CHP sədri Kamal Klıcdaroğlu Kaftancıoğlunu partiyasının İstanbul vilayət şöbəsinə sədr təyin etdi.

Картинки по запросу Kaftancıoğlu ermeni

Oxunma sayı: 14454

Oxşar yazılar