Ərdoğan prezident kürsüsünü 6-cı sinif şagirdinə təhvil verdi

  • 15:04 - 23 Aprel

23 aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Türkiyə prezidenti Ərdoğan təhsil naziri Ziya Səlcuq və onunla gələn şagirdləri qəbul edib.

Avropa.info xəbər verir ki, Ərdoğan prezident kürsüsünü Mamak Kuva-yi Milliyə orta məktəbinin 6-cı sinif şagirdi Ozan Sözeyataroğluna təhvil verib.

Bayram günü münasibətilə uşaqlara müraciət edən Ərdoğan bu sözləri deyib:

“Bütün dünya uşaqlarına sizlərin vasitəsilə səmimi qəlbdən sevgilərimi göndərirəm. İstiqlal müharibəmizin müzəffər komandanı, Cümhuriyyətimizin banisi Qazi Mustafa Kamal Atatürk başda olmaqla dövlətimizin quruluşunda və bu günlərədək gəlməsində zəhməti olan hər kəsi şükranla yad edirəm. Müstəqilliyimiz üçün canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə uzun ömürlər diləyirəm”.


HFB0pS3S4l0

Oxunma sayı: 5863

Oxşar yazılar