17 yaşlı yeniyetmə internet klubun qarşısında qətl törətdi

  • 14:17 - 23 Aprel

Qazaxda yetkinlik yaşına çatmayan şəxs qətl törədib.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndində internet klubun qarşısında baş verib. Kənd sakini, 2002-ci il təvəllüdlü Qocayev Məhərrəm Kamran oğlu internet klubun qarşısında şəxsi münasibətlər zəminində həmkəndlisi, 1999-cu il təvəllüdlü Cələddinli Rahil Subhan oğlunu üzərində gəzdirdiyi bıçaqla bir neçə dəfə bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.


Oxunma sayı: 6270

Oxşar yazılar