"Sülh yolu ilə həll edə biləriksə, nə üçün müharibəyə çağırış etməliyik?!” – Oqtay Əsədov müharibə çağırışı edən deputata belə cavab verdi

  • 13:46 - 23 Aprel

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi işlər görürük. Münaqişə ilə bağlı müzakirədə müharibəyə çağırsaq, nə əldə edə biləcəyik? Münaqişəni sülh yolu ilə həll edə biləriksə, nə üçün müharibəyə çağırış etməliyik?!”

Avropa.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında bunu parlamentin sədri Oqtay Əsədov millət vəkili Fərəc Quliyevin çıxışına münasibət bildirərkən deyib.

 “Dağlıq Qarabağda yaşayanlara deyirik ki, Azərbaycan vətəndaşlarıdır, biz dünyaya bu çağırışı edirik. Azərbaycanın şərtlərinin yerinə yetirilməsi sülh yolu ilə mümkün ola bilərsə, nə üçün buna qarşı çıxmalıyıq?! Ermənistanın bir ağılsız naziri çıxış edir ki, Azərbaycandan torpaq almalıyıq. Onlar başa düşürlər ki, bununla nəyəsə nail ola bilməyəcəklər, boş söhbətlərdir, bizi qızışdırmaq istəyirlər”- Oqtay Əsədov çıxışını belə tamamlayıb.

Qeyd edək ki, Fərəc Quliyev çıxışı zamanı “Ermənilərin yeri Azərbaycan torpaqlarının üstü deyil, altıdır. Biz müharibəyə çağırış etməliyik”, - deyib. 


Oxunma sayı: 7513

Oxşar yazılar