İran-Ermənistan dostluğunda çatlaq: İrəvan Tehranı ABŞ-la təhdid edir

  • 12:33 - 23 Aprel

Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilin fevral ayında İrana rəsmi səfəri zamanı Ermənistanın İranla bağlı bir sıra iqdisadi gözləntilərini həll edə bilməməsi iki ölkənin münasibətlərinə ciddi təsir edib. 

Avropa.info xəbər verir ki, Ermənistan rəhbərliyinin İrandan yeni qaz xəttinin çəkiləcəyi ilə bağlı istəklərinin rəsmi Tehran tərəfindən yerinə yetirliməməsi, İranla Ermənistan sərhədində yaradılan azad iqtisadi zona layihəsinin icra olunmaması, “Şimal-Cənub” avtomobil magistralının tikintisi ilə bağlı konkret addımların atılamaması Ermənistan rəhbərliyinin İranla bağlı siyasətində dəyişiklər etməsinə səbəb olub. 

Bunun nəticəsində, Ermənistan parlamentinin iqtisadiyyat komissiyasında İrandan ölkəyə sement idxalı ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Ermənistanda qazın baha olması səbəbindən sement istehsalçılarının İrandan idxal olunan analoji məhsulla rəqabətə davam gətirə bilməməsi, İranın Ermənistana qarşı bu amildən iqdisadi “gediş” olaraq istifadə etməsi Ermənistan parlamentində müzakirələrə səbəb olub.

Buna cavab olaraq, Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Parlamentlərarası İttifaqın iclasında İran parlamentinin sədri Əli Laricaninin Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşdə Araz çayını çirkləndirdiyinə görə Ermənistana ciddi iradını bildirməsi Ermənistanda yaxşı qarşılanmayıb.

İranın erməni diasporunun əlaqələrindən istifadə etməklə, ABŞ-la münasibətlərini yaxşılaşdırmağa çalışmasından istifadə edən Ermənistan, İranın köməkliyi ilə həyata keçirməyi planlaşdırdığı layihələri icra etmək üçün İranı ABŞ-la təhdid etməyə çalışır.


Oxunma sayı: 10593

Oxşar yazılar