Paşinyan sürücüsünün əmioğlusunu gömrüyə rəis təyin etdi

  • 12:40 - 23 Aprel

Ermənistan baş naziri Nikol Paşinyan şoferinin əmioğlusunu “Norqavit” avtomobil nəqliyyatı vasitələri sənədlərinin qeydiyyata alınması gömrük məntəqəsinin direktoru təyin edib.

Avropa.info xəbər verir ki, bu barədə “Jamanak” qəzeti yazıb. Qəzetin yazdığına görə, Paşinyanın şoferinin əmioğlusu kifayət qədər tez vəzifədə yüksəlir. O, əvvəlcə aeroportda karqo idarəsinin rəisi təyin edilmişdi. Bu isə xeyli pullu sahə sayılır.

Qeyd edək ki, iki həftə əvvəl Paşinyan bayrağı divara söykəyən gömrük məntəqəsinin əməkdaşını işdən qovmuşdu. Daha sonra gömrük rəisi də işindən azad olundu.


Oxunma sayı: 5357

Oxşar yazılar