Deputatlar qaz limitinin artırılmasını tələb etdi

  • 12:30 - 23 Aprel

Deputatlar qaz limitinin artırılmasını tələb edir.

 “Ölkə.Az” xəbər verir ki, belə bir təkliflə deputat Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında çıxış edib.

 Deputat təklif edib ki, qoyulan 1700 kubmetrlik limit ən azı iki dəfə artırılaraq, 3 min kubmetrə qaldırılsın.

 “Çünki bu gün həyət evlərində yaşayan insanlar limit bu limit kifayət etmir və onu ödəməkdə çətinlik çəkirlər. Ona görə də bu limitin həddi artırılmalıdır ki,  yoxsul əhali ödəməkdə çətinlik çəkməsin”, - deyə F. Mustafa deyib.

 Deputat Tahir Kərimli də bu təklifi dəstəkləyib.


Oxunma sayı: 3553

Oxşar yazılar