Nazarbayevdən etiraf : “Vəzifədən getməyi üç ildən çoxdur düşünürdüm”

  • 12:27 - 23 Aprel

Qazaxıstanın prezidenti Nursultan Nazarbayev prezident vəzifəsindən getməyi üç ildən çox fikirləşdiyini etiraf edib.

Avropa.info xəbər verir ki, o, bu barədə “Nur Otan” partiyasının növbədənkənar XIX sessiyasında çıxış edib.

“Şüurlu qərar qəbul etdiyimi deyən bu həqiqətən belə idi. Belə qərarlar bir gün, yaxud bir ay ərzində qəbul olunmur. Mən bu qərarı verməyə bir neçə il idi hazırlaşırdım. Sirr açım, üç ildən artıq.  Hələ hey ətrafıma baxırdım, gələcək və keçmiş haqda düşünürdüm, kadrlara, həmkarlarıma baxırdım. Bu uzun illər ərzində hər birini tərbiyə etdim, hər birinə ümid bəslədim” – Nazarbayev deyib.

Qeyd edək ki, Nazarbayev Kasım-Jomarta Tokayevi iyunda keçirilən prezident seçkisində namizəd göstərib.


Oxunma sayı: 4048

Oxşar yazılar