Şri-Lankada bazar günü baş verən terror aktlarında ölənlərin sayı artıb

  • 11:17 - 23 Aprel

Şri-Lankada bazar günü Pasxa mərasimləri zamanı kilsə və otellərdə baş verən partlayışlarda ölənlərin sayı 290 nəfərdən 310 nəfərə yüksəlib.

Avropa.info xəbər verir ki, bu barədə yerli polis mətbuat katibi Ruvan Qunasekara məlumat verib. Partlayışlarla bağlı indiyədək 40 nəfərə yaxın şübhəli saxlanılıb. Saxlanılan şəxslərin hamısı Şri-Lanka vətəndaşıdır.

Qeyd edək ki, bazara günü xristianların keçirdiyi Pasxa bayramı zamanı kilsə və otellərdə baş verən partlayışlarda 39 əcnəbi olmaqla 290 nəfər ölmüş, 500-dən çox adam yaralanmışdı. Terror aktlarına iki Türkiyə vətəndaşı da həyatını itirib.


Oxunma sayı: 15587

Oxşar yazılar