Nazarbayev prezident vəzifəsinə onun namizədliyini göstərdi

  • 10:58 - 23 Aprel

Qazaxıstanın birinci prezidenti, “Nur Otan” partiyasının lideri Nursultan Nazarbayev hakim partiyanın namizədi Kasım-Jomarta Tokayevi prezidentliyə namizəd göstərib.

Avropa.info xəbər verir ki, Nazarbayev bu barədə, partiyanın növbədənkənar XIX sessiyasında danışıb. O, Tokayevlə uzun illərdir birgə işlədiklərini xatırladıb. 

“Bugün onu ən layiqli namizəd hesab edirəm” – Nazarbayev belə deyib.

O, Qazaxıstan əhalisini Tokayevə səs verməyə çağırıb. 

Qeyd edək ki, Qazaxıstanda növbədənkənar prezident seçkisi 9 iyunda baş tutacaq. 


Oxunma sayı: 4730

Oxşar yazılar