Fəzail Ağamalı seçiciləri ilə görüşdü – Fotolar

  • 10:51 - 23 Aprel

Fəzail Ağamalı deputat seçildiyi Salyan rayonunun Qarabağlı, Qaraçala, Kərimbəyli, Yolüstü, Varlı və Xalac inzibati ərazisində seçicilərlə görüş keçirib.

Ana Vətən Partiyasının mətbat xidmətindən Avropa.info-ya verilən məlumata görə, görüşdə ölkəmizdə həyata keçirilən islahatlar və Salyan rayonunda aparılan abadlıq-quruculuq işləri və seçiciləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Deputat 13 kəndin 22 min əhalisini əhatə edən 32 km-lik Salyan-Şirvan avtomobil yolunun müasir tələblər səviyyəsində çəkilişilə də tanış olub.

Görüş iştirakçıları illərdən bəri çətin vəziyyətdə olan yolun fundamental təmiri və çəkilişilə bağlı ölkə prezidentinə dərin minnətdarlığını bildiriblər.


Oxunma sayı: 4488

Oxşar yazılar