Şri-Lankadakı terrorda ölənlər arasında azərbaycanlı varmı? – XİN-dən açıqlama

  • 10:35 - 23 Aprel

"Şri-Lankada baş verən terror aktları nəticəsində ölən insanlar arasında Azərbaycan vətəndaşı yoxdur".

Avropa.info xəbər verir ki, bunu Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, Şri-Lankada aprelin 21-i baş verən terror aktları nəticəsində ölənlərdən 14 nəfərin şəxsiyyəti hələ müəyyənləşməyib:

"Bu məsələ Azərbaycanın Hindistandakı səfirliyinin diqqət mərkəzindədir. Səfirliyin ilkin məlumatına əsasən şəxsiyyəti bəlli olan terror qurbanları arasında Azərbaycan vətəndaşı yoxdur".

Xatırladaq ki, aprelin 21-i Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib. Terror aktları nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb.

Xəsarət alanların sayı isə 480 nəfər təşkil edir.

Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.

Bu gün Şri-Lankada matəm günü elan edilib.


Oxunma sayı: 5192

Oxşar yazılar