Mərakeş Liksus xarabalıqlarını yenidən kəşf edir

  • 21:30 - 22 Aprel

Mərakeşin Laraş şəhərinin yaxınlığında yerləşən Liksus arxeoloji kompleksində bərpa işləri başa çatdırılıb və bu gün həmin kompleks geniş tamaşaçı kütləsi üçün yenidən açılıb. Deyilənə görə Herakl öz igidliklərindən birini eramızın birinci əsrinin əvvəlində Romanın qərbində balıqçı limanı olmuş bu ərazidə göstərib.

 Lukos çayının mənsəbində, Laraş şəhəri ilə üzbəüz təpəlikdə yerləşən Liksus uzun illər baxımsız vəziyyətdə qalıb, lakin sonradan burada uzunluğu 1 kilometrdən bir qədər çox olan turist marşrutu və turistlər üçün interpretasiya mərkəzi yaradılıb.

Roma imperiyasının çiçəkləndiyi dövrdə, Şimali Afrika sahillərindəki məşhur Karfagen şəhər-dövlətinin hələ yer üzündən silinmədiyi vaxtlarda qədim karfagenlilər müasir Tanjer şəhərindən 100 kilometr cənub-qərbdə Liksus, yəni “Əbədi şəhər” adlı şəhər-liman salıblar.

Qədim Finikiya liman-qalasının xarabalıqları üzərində salınmış Liksusda eramızın birinci əsrinə aid edilən, bir neçə 100 adam yerləşən amfiteatrın xarabalıqları qalıb. Teatrın arxa tərəfindəki antik hamam divarlarındakı cəlbedici mozaikalar yaxşı vəziyyətdə qalıb.


Oxunma sayı: 11660

Oxşar yazılar