Avstriya hökuməti 2023-cü ilədək dövlət büdcəsini kəsirsiz saxlamaq istəyir

  • 20:55 - 22 Aprel

Avstriya hökuməti aprelin sonunadək Avropa Komissiyasına növbəti 4 il üçün maliyyə planını təqdim etməlidir.

Avropa.info xəbər verir ki, mətbuata açıqlamasında federal kansler Sebastian Kurts qarşıdakı 4 ildə dövlət büdcəsini kəsirsiz saxlamaq istədiklərini bildirib.

2018-ci il büdcəsini demək olar ki, kəsirsiz başa vuran Avstriya hökuməti müsbət iqtisadi inkişafın qarşıdakı illərdə də qorunacağına ümid edir. Ötən ildə ölkə üzrə dövlət büdcəsi 426 milyon avro gəlirlə (ÜDM-in 0,1 faizi) başa vurulmuşdu.

Həmin kursu davam etdirmək istəyən hökumət 2023-cü ilə kimi büdcəni sıfır kəsir səviyyəsində saxlamaq niyyətindədir.

S.Kurts kəsirsiz büdcəyə borclanma və yeni vergilər tətbiq etmədən nail olacaqlarını, əsasən “sistemdə qənaət” yolu ilə büdcə vəsaitlərini qoruyacaqlarını elan edib.

Avstriya hökuməti maliyyə planlaması üçün konkret təkliflərini aprelin 29-da təqdim edəcək.


Oxunma sayı: 7293

Oxşar yazılar