Dmitri Peskov: Vladimir Putinin Vladimir Zelenski ilə əməkdaşlığından danışmaq hələ tezdir

  • 20:37 - 22 Aprel

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinin Ukraynanın yeni seçilmiş Prezidentini təbrik etməsindən və əməkdaşlıqdan danışmaq hələ tezdir.

Avropa.info xəbər verir ki, Dmitri Peskovun sözlərinə görə, Prezident Vladimir Putinin Ukraynanın yeni seçilmiş Prezidentini təbrik etməsindən və onunla birgə işləyib-işləməyəcəyindən danışmaq tezdir. D.Peskovun sözlərinə görə, Rusiya dövlət başçısının yeni seçilmiş Prezident Vladimir Zelenski ilə birgə işləyib-işləməyəcəyi sonuncunun konkret işlərindən və konkret addımlarından asılıdır.


Oxunma sayı: 6941

Oxşar yazılar