Neftçala balıq oğruları saxlanılıb

  • 20:02 - 22 Aprel

Neftçala Rayon Polis Şöbəsinə rayon ərazisindəki balıqçılıq təsərrüfatlarının birindən oğurluq edilməsi barədə müraciət daxil olmuşdur.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və aprelin 4-dən 19-dək olan müddətdə oradan 10.300 manat dəyərində 199 ədəd müxtəlif növ balığın oğurlandığı müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Neftçala şəhər sakinləri A.Əliyev, E.Salmanov və Boyat kənd sakini X.Ələkbərov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.


Oxunma sayı: 4246

Oxşar yazılar