Klıcdaroğlunun Ankarada vətəndaşlar tərəfindən döyülməsinin detalları - Şəhidin atası : "Klıcdaroğlunun cənazə mərasiminə gəlməsini istəmirdik"

  • 18:00 - 22 Aprel

Ankaranın Çubuk rayonunun Akkuzulu kəndində Hakkaridə PKK terrorçuları tərəfindən şəhid edilən əsgər Yenər Kırıkçının cənazə mərasimində CHP lideri Kamal Klıcdaroğlunun vətəndaşlar tərəfindən döyülməsi ilə bağlı yeni detallar məlum olub. 

Avropa.info xəbər verir ki, CHP sədri Kamal Klıcdaroğlunun mühavizəkar millətçi bir kəsimin mövcud olduğu Çubuk rayonuna bundan öncə də seçki təşviqatı üçün səfər etdiyi və sakinlər tərəfindən fitə basıldığı üzə çıxıb. 

Terror təşkilatı PKK-nın siyasi qolu HDP ilə seçkilərdə əməkdaşlıq etməsinə baxmayaraq, şəhidin dəfninə gedən Kamal Kılıçdaroğlu cənazəyə qatılacağını nə hökumət nümayəndələrinə, nə də şəhidin ailəsinə xəbər verib. Halbuki protokol qaydalarına görə, bu xəbərdarlıq edilməli idi.

Şəhidin atası Mustafa Sınıqçı, Kamal Kılıçdaroğlunun cənazəyə gələcəyini xəbər vermədiyini bildirib:

"Biz şəhidimizin dəfnini həyata keçirmək istəyirdik. Kamal Kılıçdaroğlunun gəlməsini istəmirdik. Biz onsuz da öz dərdimizə yanırıq. O an gəlməsi camaatı  həyəcana gətirdi. Gəlməsəydi daha yaxşıdı. Bizə də bir telefon zəngi belə etmədi. Gəldiyindən bizim xəbərimiz yox idi". 

Qeyd edək ki, Kılıçdaroğlunun döyülməsinin baş verdiyi  şəhid dəfnindən bir neçə gün əvvəl "Rudav"a açıqlama verən CHP-li İBB sədri Əkrəm İmamoğlu, "Aponun heykəlini ucaldacağıq" deyən HDP-li Səlahəddin Demirtaşın siyasi xəttini bəyəndiyini bildirmiş, Demirtaşın tərəfdarlarına müraciətində İmamoğluna səs vermələrini istəməsindən məmmunluq duyduğunu demişdi.  
 

Kamal Kılıçdaroğlu isə PKK-nın Suriya qolu olan YPG-ni terror təşkilatı olaraq görmədiklərini və YPG-nin Türkiyəyə hücum etməyəcəyini iddia etmişdi. 

Avropa.info


Oxunma sayı: 7524

Oxşar yazılar