Tramp İrandan neft alan ölkələri də cəzalandıracaq

  • 17:25 - 22 Aprel

ABŞ prezidenti Donald Tramp mayın əvvəlindən etibarən İrana qarşı neft sanksiyaları ilə əlaqədar bəzi ölkələr üçün tətbiq edilən istisnanı uzatmamaq qərarına gəlib. 

Bu barədə Ağ evin mətbuat katibi Sara Sanders açıqlama yayıb. O bildirib ki, bu qərar İranın neft ixracını sıfıra endirmək məqsədi daşıyır. 

Qeyd edək ki, ABŞ keçən il birtərəfli qaydada İranın nüvə proqramına dair razılaşmadan çıxıb və bu ölkəyə qarşı yeni sanksiyaların tətbiqinə başlayıb. Lakin İran neftini alan bir sıra ölkələr üçün müəyyən müddətə istisna qərarı verilib. Mayda ABŞ-ın İrana qarşı sanksiyalarının vaxtı bitir. 

ONA


Oxunma sayı: 6633

Oxşar yazılar