Sudanda hərbçilərlə danışıqlar baş tutmadı – Müxalifət yenidən etirazlara başladı

  • 16:54 - 22 Aprel

Sudanda davam edən siyasi böhran çərçivəsində etiraz aksiyaları güclənib.

Avropa.info xəbər verir ki, hərbi çevriliş nəticəsində prezident Ömər əl-Bəşirin devrilməsinə baxmayaraq ölkədə aksiyalar dayanamayıb. Paytaxt Xartumda ordu qərargahı qarşısında toplaşan şəxslər ölkə idarəçiliyinin hərbçilərdən alınıb mülki hökumətə verilməsini istəyir.

Etiraz aksiyalarının təşkilatçısı Sudanın Həmkar İttifaqı Hərbi Keçid Şurası ilə danışıqları dayandırdığını deyib. Belə ki, onlar hakimiyyətin dərhal ötürülməsi tələbini təmin etməyiblər.

Öz növbəsində Sudan generaliteti hakimiyyətin mülki şəxslərəə ötürülməsi ilə bağlı bütün tələblərə üç həftə ərzində baxacağını deyib. 

Hərbi Keçid Şurası etirazçılar ölkə yollarını və körpüləri blokalamağa davam etdiyi halda bunun mümkün nəticələr ilə bağlı müxalifət liderlərinə xəbərdarlıq edib.


Oxunma sayı: 4268

Oxşar yazılar