Suriyada PKK/PYD-nin tərkibində daşnak ermənilərdən ibarət terrorçu qrup yaradıldı – Fotolar (Özəl)

  • 16:35 - 22 Aprel

Suriyada PKK terror təşkilatına bağlı ermənilərdən ibarət yeni terror qrupu yaradılıb. 

Bu haqda Avropa.info-ya Böyük Britaniyanın məşhur “Independent” qəzetinin Türkyə bürösünün azərbaycanlı müxbiri Ceyhun Aşirov məlumat verib. 

Məlumata görə, qrupun tərkibində Ermənistandan Suriyaya gedən daşnak ermənilər və Suriya ərazisində yaşayan bəzi erməni qruplar qoşulub. 

PKK-nın tərkibində qurulan bu erməni qruplaşma terror təşkilatının Suriya qolu YPG-yə tabe olacaq. 

Qeyd edək ki, PKK-nın Suriya qolu olan YPG, ABŞ tərəfindən Türkiyəyə qarşı qurulub. Suriya torpaqlarının 1/3-ni işğal edən PKK/YPG-yə qarşı ötən il Türkiyə Silahlı Qüvvələri tərəfindən “Zeytun budağı” adlı əməliyyat başladılaraq, Afrin bölgəsi terrorçulardan azad olunub. 

Bundan başqa, Suriyadakı vətəndaş müharibəsi başlandığı andan etibarən 13 mindən artıq suriyalı erməninin Azərbaycanın işğal olunmuş Qarabağ ərazisinə gətirildiyi də məlumdur. Eyni zamanda, terror təşkilatı PKK-nın işğal olunmuş Qarabağ ərazisində təlim düşərgələrinin olduğu haqda məlumatlar da dünya mətbuatında yayılmaqdadır. 

Ehtimal etmək olar ki, Suriya ərazisində qurulan PKK/YPG-nin nəzarətində olan erməni qruplaşması gələcəkdə qeyri-qanuni yollarla Qarabağa gətirilə bilər.


Oxunma sayı: 8239

Oxşar yazılar