Klıcdaroğlunun döyülməsi ilə bağlı Ərdoğandan açıqlama : "Şiddətə, sabitlik iqliminin pozulmasına imkan verməyəcəyik"

  • 15:52 - 22 Aprel

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən şəhid dəfnində CHP sədri Kamal Kılıçdaroğluna edilən hücumla bağlı açıqlama yayıb.  

Avropa.info xəbər verir ki, Ərdoğan tvitterdən etdiyi açıqlamada, Klıcdaroğluna qarşı şiddəti pisləyib.
 
"Dünən dörd şəhidlərimizi torpağa verdik. Allah şəhidlərə qəni qəni rəhmət eləsin. Bu vətən onların bizə qoyduğu bir əmanətdir. 
 
Təəssüf ki, dünən Çubuqda bir şəhidimizin dəfn mərasimində arzuolunmaz bir hadisə meydana gəlmiş, CHP sədri Kamal Kılıçdaroğluna qarşı etirazlar zorakılıq aktına çevrilib.
 
Hadisə bütün ölçüləri ilə araşdırılır. Şiddətə heç vaxt razı ola bilmərik. Zorakılığın və terrorun hər növünə əleyhinəyik. Kimsənin Türkiyənin sabitlik iqliminə zərər verməsinə imkan vermərik" - Ərdoğan tvitterdən belə yazıb.
 
 


Oxunma sayı: 6556

Oxşar yazılar