Zelenskinin Ali Radaya təqdim edəcəyi ilk qanun layihələri açıqlandı

  • 15:43 - 22 Aprel

Vladimir Zelenskinin seçki qərargahının nümayəndəsi Dmitri Razumkov ilk olaraq Ali Radaya çıxarılacaq səkkiz qanun layihəsini açıqlayıb.

Avropa.info xəbər verir ki, onun sözlərinə görə, layihələr üzərində hələ seçkidən əvvəl işləyiblər.

“Bunlar xalqın hakimiyyəti haqda qanun, birbaşa demokratiyas normalarının genişləndiriıməsi, deputat toxunulmazlığının ləğvi, prezident toxunulmazlığının ləğvi, deputatın geri çağırılması, məhkəmə toxunulmazlığının ləğvi və impiçment barədə qanundur. Bunlar parlamentə təqdim olunacaq ilk qanun layihələridir”, – Razumkov deyib.

Qeyd edək ki, dünən Ukraynada keçirilən prezident seçkisinin ikinci turundan sonra Zelenski protokolların 97%-nin emalından sonra 73,15% səs yığıb. Onun rəqibi Pyotr Poroşenko cəmi 24,52% səs yığa bilib. 

Rəsmi nəticələr 30 apreldə elan ediləcək.


Oxunma sayı: 7447

Oxşar yazılar