Əlcəzairdə ölkənin bütün milyarderləri həbs olundu

  • 15:41 - 22 Aprel

Əlcəzairdə korrupsiya cinayətlərinin istintaqı çərçivəsində beş nəfər milyarder həbs olunub.

Avropa.info xəbər verir ki, bu barədə Əlcəzair dövlət televiziyası məlumat yayıb. Ölkənin ən varlı biznesmeni İssad Rebraba həbs olunub. “Forbes” onun sərvətini 3,8 milyard dollar dəyərində qiymətləndirir.

Sabiq prezident Əbdüləziz Buteflikaya yaxın olan Kuninef ailəsinin üzvü dörd qardaş həbs olunub.


Oxunma sayı: 2123

Oxşar yazılar