Bakıda silsilə oğurluq edən yeniyetmə tutuldu

  • 14:44 - 22 Aprel

Nərimanov RPİ 17-ci PŞ və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini olan bir qadının 700 manat və sənəd olan pul kisəsini, 1 avtomobildən maqnitofon, 2 köşkdən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini bir yeniyetmə saxlanılıb.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Abşeron rayonu ərazisindəki mağazaların birindən 600 manat pul, tütün məmulatı və danışıq kartları oğurlaması da müəyyən edilib. 


Oxunma sayı: 15917

Oxşar yazılar