Zelenskinin Azərbaycan macəraları – Foto

  • 22 Apr - 2019

Məşhur şoumen Vladimir Zelenskinin Ukrayna prezidenti seçilməsi onun ölkəmizdə səfərdə olan zaman çəkdirdiyi fotoları da sosial şəbəkələrdə gündəmə gətirib. 

Avropa.info Qafqazinfo-ya istinadən xəbər verir ki, Zelenski Azərbaycanda iki dəfə səfərə gəlib. Onlardan biri 2017-ci ildə tanışlıq xarakterli, ikincisi isə yanvarda qastrol məqsədilə olub. Belə ki, Qəbələdə keçirilən 12-ci Beynəlxalq "Veselo” Yumor və Musiqi Festivalının musiqili qonaqlarından olan Vladimir Zelenski öz komandası ilə tamaşaçıların qarşısına çıxıb.

Festival çərçivəsində təəssüratlarını bölüşən şoumen Qəbələnin gözəl təbiəti olduğunu və oranı çox sevdiyini bildirib. Qəbələdən sonra Bakıda da "Kvartal-95” yumor qrupunun üzvləri ilə birgə konsertlə çıxış etmək istədiyini bildirən Vladimir Zelenski Azərbaycanda komediya janrında film çəkmək arzusunun olduğunu da söyləyib.

Bundan başqa, qonaq milli mətbəximizin təamlarını dadıb, ölkənin Heydər Əliyev Mərkəzi, Qobustan kimi bir çox görməli yerlərinə baş çəkib.

 

 

 


Oxşar yazılar