MİT-dən PKK terror təşkilatına ağır zərbə: Terrorçular İraqda həbs edilib Türkiyəyə gətirildi

  • 11:49 - 22 Aprel

Türkiyənin Milli Kəşfiyyat Təşklatı (MİT) ölkə xaricində PKK/KCK terror təşkilatına qarşı əməliyyat keçirib.

Avropa.info xəbər verir ki, Sincarda ələ keçirilən 4 terrorçu aprelin 18-də İraqdan Türkiyəyə gətirilərək, hüquq-mühafizə orqanlarına təhvil verilib.

Ələ keçirilən terrorçular V.K. (34), M.K. (21), A.Ö. (20) ve K.İ. (16) PKK/KCK terror təşkilatının daxilində Suriyada silahlı təlim keçiblər.

Suriya və İrqada fəaliyyət göstərən terrorçuların İraqın Sincar bölgəsinə keçdikləri təsbit edilib. Terrorçulardan V.K-nın 2010-cu ildə PKK/KCK terror təşklatına qatıldığı, İraqın şimalındakı Gara və Haftanin bölgələrində Türkiyə Silahlı Qüvvələrinə qarşı terror hücumlarında fəal şəkildə iştirak etdiyi, Sincar bölgəsində fəaliyyət göstərdiyi müəyyənləşib.

V.K adlı terrorçunun keçən ay Sincar bölgəsində 11 yaşlı əlil uşağa təcavüz etdiyi və PKK/KCK terror təşkilatı təcavüz faktını gizlətmək məqsədilə onu başqa bir bölgəyə göndərdiyi aydınlaşıb.


Oxunma sayı: 7854

Oxşar yazılar