Bakıda 6 yaşlı uşaq kanalizasiya quyusuna düşərək boğulub

  • 11:23 - 22 Aprel

Bakıda azyaşlı faciəli şəkildə ölüb.

ONA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2013-cü il təvəllüdlü Ayxan Elmir oğlu Cavadlı çirkab suların axıdıldığı quyuya düşərək boğulub.

Məlumat əsasında Qaradağ rayon Polis İdarəsinin və rayon Prokurorluğunun əməkdaşlarının iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Oxunma sayı: 4686

Oxşar yazılar