Üzünü it parçalayan uşağın son durumu açıqlama

  • 10:35 - 22 Aprel

Paytaxtda azyaşlı itin hücumuna məruz qalaraq xəsarət alıb.

Report xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Sulutəpə qəsəbəsində 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. Heyvan azyaşlının yanağını parçalayıb.

Azyaşlı əvvəlcə Xocasən xəstəxanasına, sonra isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.

Onun müalicəsi davam edir.

***

Səhiyyə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən uşağın səhhəti yaxşıdır.

"Uşağa vaksinlər vurulub və o, hazırda palatadır. Müalicəsi davam edir", - nazirlikdən bildirilib.


Oxunma sayı: 6919

Oxşar yazılar