Zelenski qalib gələn kimi müharibə anonsu verdi

  • 10:32 - 22 Aprel

Vladimir Zelenski Donbasda informasiya müharibəsini təşkil etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, o bu haqda mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukraynanın cənub-şərqində döyüş əməliyyatlarını bitirmək üçün güclü informasiya müharibəsi lazımdır.

Zelenski aprelin 18-də də bildirmişdi ki, Donbası “informasiya müharibəsi” vasitəsilə qaytarmağı planlaşdırır.

Qeyd edək ki, ötən gün Ukraynada prezidentinin seçkilərinin ikinci turu keçirilib. Ukraynanın Mərkəzi Seçki Komissiyası hazırda səslərin 83,76 faizinin sayıldığını bildirib. Hazırkı nəticələrə görə, şoumen Vladimir Zelenski 73,18 faiz səslə irəlidədir. Prezident Poroşenko isə 24,48% səs toplayıb.

Poroşenko artıq rəqibini qələbə münasibətilə təbrik edib.


Oxunma sayı: 5478

Oxşar yazılar