Tramp Zelenskini təbrik etdi

  • 10:25 - 22 Aprel

ABŞ Prezidenti Donald Tramp Vladimir Zelenskini Ukraynada dünən keçirilən prezident seçkilərində qələbə münasibətilə təbrik edib.

"ABŞ Prezidenti Donald Tramp Ukraynada prezident seçkilərinin qalibi Vladimir Zelenskiyə zəng vurub", - deyə"Ukrainskaya pravda" nəşri namizədin qərargahındakı mənbələrə istinadən bildirib.

Qeyd edilir ki, Tramp danışığın gedişatında Zelenskini parlaq qələbə münasibətilə təbrik edib.

Məlumata görə, danışıq Amerika tərəfinin təşəbbüsü ilə keçirilib. Lakin təfərrüatlar hələ məlum deyil.

Tərəflərin rəsmi orqanları danışıqların olub-olmaması barədə hələ məlumat yaymayıblar.

Seçkilərdə keçirilmiş milli "exit poll"un nəticələrinə görə, Vladimir Zelenski seçkilərin ikinci turunda qalib olub.

Ukrayna Mərkəzi Seçki Komissiyаsının (MSK) indiyə olan son məlumatına görə də,  Vladimir Zelenski 73,07 faiz səs toplayıb. Ukrayna seçicilərinin 10,8 milyonu onun lehinə səs verib.

Ölkənin hazırkı rəhbəri Petro Poroşenkoya isə 24,59 faiz (3,6 milyon seçici) səs verib.

MSK-nın məlumatına görə, bülletenlərin 2,32 faizi etibarsız sayılıb.(“Report”)


Oxunma sayı: 4290

Oxşar yazılar