Hindistanda ağır yol qəzası - 7 ölü

  • 20:25 - 21 Aprel

Hindistanın Uttar-Pradeş ştatında avtobus ilə yük maşını toqquşub.

Yol qəzası nəticəsində azı 7 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb.

Bildirilir ki, qəza Aqra-Lakxnau avtomobil yolunda Varanasidən Nyu-Deliyə gedən avtobusun ötmə manevri zamanı qarşı zolağa çıxması nəticəsində baş verib.

Məlumata əsasən, ölənlər arasında avtobusun sürücüsü də var, xəsarət alanlar xəstəxanalara çatıdırılıb.


Oxunma sayı: 4609

Oxşar yazılar