Şri-Lankada terror aktı törətmiş kamikadzenin fotoşəkli yayıldı

  • 20:00 - 21 Aprel

Şri-Lankada törədilmiş terror aktlarında özlərini partladaraq çoxsaylı insan tələfatına səbəb olmuş iki nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, bunlar Əbu Mühəmməd və Zahran Haşindir. Zahran Haşinin fotoşəkli də yayımlanıb.

Bildirildiyinə görə, o, sosial şəbəkə istifadəçilərinə yaxşı tanışdır və dəfələrlə İŞİD-i müdafiə edən qeydlər paylaşıb.

Hər iki kamikadze “Şanqri-La” otelindəki partlayışda həlak olub.


Oxunma sayı: 4543

Oxşar yazılar