Tovuzda 70 yaşlı kişi bıçaqlanıb

  • 19:30 - 21 Aprel

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Avropa.info report-a istinadən xəbər verir ki, , 1949-cu il təvəllüdlü Yanıqlı kənd sakini Tağıyev Cəlal Səməd oğlu qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 14520

Oxşar yazılar