Ankarada şəhid cənazəsinə qatılan Kamal Klıcdaroğlu vətəndaşlar tərəfindən döyüldü , polis CHP liderini zirehli maşınla qaçırdı (Video, Foto)

  • 17:15 - 21 Aprel

Türkiyənin Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Klıcdaroğlu Ankarada qatıldığı şəhid cənazə mərasimində vətəndaşların hücumuna məruz qalıb. 

Avropa . info xəbər verir ki, Hakkaridə terror təşkilatı PKK tərəfindən şəhid edilən Yenər Kırıqçının cənazə mərasiminə qatılan Klıcdaroğlu vətəndaşlar tərəfindən öncə etirazla qarşılanıb, daha sonra vətəndaşlar CHP sədrinin üzərinə hücum çəkib. 

Təhlükəsizlik qüvvələri Klıcdaroğlunu yaxınlıqdakı bir evə aparıblar. Polis evin çevrəsindəki vətəndaşları hadisə yerindən uzaqlaşdırıb. Daha sonra, polis zirehli avtomobillə Klıcdaroğlunu evdən çıxarıb. 

Hadisə yerinə gələn Müdafiə naziri Hulusi Akar Klıcdaroğlunun vəziyyətinin yaxşı olduğunu bildirib. 

Türkiyə Daxili İşlər Nazirliyi və Ankara valiliyi Klıcdaroğluna edilən hücumla bağlı araşdırma başladıldığını açıqlayıb. 


ArrjKkcwF30

Oxunma sayı: 14091

Oxşar yazılar