Rəsmi Bakı Şri-Lankadakı terror aktlarını pisləyib

  • 18:00 - 21 Aprel

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) aprelin 21-də Şri-Lankada törədilmiş terror aktlarını pisləyib.

Avropa.info xəbər verir ki, bu barədə XİN-in rəsmi "Facebook" səhifəsinə yerləşdirilən məlumatda deyilir.

"Şri-Lankada kilsə və mehmanxanalara çoxsaylı günahsız insanların həlak olması və yaralanması ilə nəticələnən dağıdıcı terror hücumlarını qınayırıq. Şri-Lanka xalqına və ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə şəfa tapmalarını diləyirik", - deyə nazirliyin məlumatında qeyd olunub.


Oxunma sayı: 5896

Oxşar yazılar