Zelenskinin arvadının adı siyahıdan çıxarıldı

  • 17:00 - 21 Aprel

Ukraynanın “Mirotvoreç” saytı öz bazasından Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenskinin həyat yoldaşının adını silib.

Bu məlumatı “Ren TV” yayıb.

Qeyd edək ki, bundan öncə sayt Zelenskinin həyat yoldaşını qeyri-qanuni birləşmələrin informatoru kimi tanımışdı.

“Mirotvoreç” saytı özünün qalmaqallı məlumatları ilə məşhurdur. Sayta əsasən, ölkə ərazisindəki qondarma respublikalara yardım edənlərin, qondarma respublikanın döyüşçülərinin, vətən xainlərinin, eləcə də Krıma qanunsuz səfər edənlərin adları yüklənilir.

 

axar.az


Oxunma sayı: 6028

Oxşar yazılar