XİN: Şri-Lankada partlayışlarda zərərçəkənlərin arasında azərbaycanlıların olması barədə məlumat daxil olmayıb

  • 16:00 - 21 Aprel

Bu gün Şri-Lankada kilsələrdə və otellərdə törədilən partlayışlarda zərərçəkənlərin arasında azərbaycanlıların olması barədə hər hansı məlumat daxil olmayıb.

Bu barədə ONA-ya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, bu gün paytaxt Kolomboda 3 oteldə və bir kilsədə, Neqombo qəsəbəsində isə iki kilsədə partlayış törədilib. Partlayışlar nəticəsində ən azı 52 nəfər ölüb. Şri-Lankanın iqtisadi islahatlar naziri Xarş de Silva bu gün kilsələrdə və otellərdə baş verən partlayışlarda ölənlər arasında əcnəbilər olduğunu bildirib.


Oxunma sayı: 5478

Oxşar yazılar