Bakıda sərnişin avtobusu ilə minik maşını toqquşub, 5 nəfər yaralanıb

  • 12:40 - 21 Aprel

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. 

Avropa.info report-a istinadən xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. 

Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.


Oxunma sayı: 4411

Oxşar yazılar