Şri-Lankada partlayışlar nəticəsində ölənlərin sayı 207 nəfərə çatıb - VİDEO (YENİLƏNİB)

  • 17:21 - 21 Aprel

Aprelin 21-də Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 207 nəfərə çatıb, 450-si yaralanıb.

Bu barədə yerli polisə istinadən "News First" telekanalı məlumat yayıb.

***

Şri-Lankada kilsə və otellərdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 160 nəfərə çatıb.

Bu barədə yerli "News First" xəbər xidməti məlumat yayıb.

Bildirilir ki, Kolombo şəhərindəki otellərdə partlayışlar nəticəsində 40 nəfər ölüb, 295 nəfər yaralanıb. Neqombo şəhərindəki kilsədə törədilmiş partlayış nəticəsində 93 nəfər həyatını itirib. Battikaloa şəhərində isə kilsədəki partlayış zamanı 27 nəfər ölüb, daha 73-ü yaralanıb.

***

Şri-Lankanın paytaxtı Kolomboda 3 kilsə və 1 oteldə, Neqombo şəhərində isə 2 kilsədə partlayışlar baş verib.

Partlayışlar nəticəsində azı 52 nəfər həlak olub, 300-dən artıq insan isə yaralanıb.

Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.

***

Şri-Lankada kilsə və oteldə Pasxanın bayram edilməsi zamanı törədilən partlayışlar nəticəsində 42 nəfər həyatını itirib.

Bu barədə yerli polisə istinadən AFP məlumat yayıb.

Bildirilir ki, ümumilikdə 6 partlayış baş verib. Onların əksəriyyəti Kolombo və paytaxt yaxınlığında yerləşən Neqombo şəhərlərində qeydə alınıb.

Hadisələr zamanı daha 280 nəfər yaralanıb.

Partlayışlara görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.

 

 


Oxunma sayı: 14223

Oxşar yazılar