Fransada Janna d'Arkın heykəlinə Assancın maskası taxılıb - FOTO

  • 11:40 - 21 Aprel

Fransanın Tuluza şəhərində "sarı jiletlilər" hərəkatı fəallarının aksiyası zamanı naməlum şəxslər Janna d'Arkın heykəlinə qalmaqallı "WikiLeaks" saytının təsisçisi Culian Assancın maskasını taxıblar.

Bu barədə şənbə günü "France Bleu" radiostansiyası öz "Twitter" səhifəsində məlumat yayıb.

Nümayiş iştirakçıları həmçinin Fransa milli qəhrəmanının nizəsinə öz rəmzlərini – avtomobilçinin sarı rəngli işıqəksetdirən jiletini bağlayıblar.

Polis Tuluzada etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq edib.


Oxunma sayı: 4741

Oxşar yazılar