Ukraynada prezident seçkilərinin ikinci turu baş tutacaq

  • 10:40 - 21 Aprel

Ukraynada bu gün 08:00-dan 20:00-dən prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ölkə başçısı postu uğrunda hazırki prezident Petro Poroşenko və şoumen Vladimir Zelenski mübarizə aparacaqlar.

Qeyd edək ki, martın 31-də keçirilən ilk turda Zelenski 30,24%, Poroşenko isə - 15,95% səs toplayıb.

MSK-nın məlumatına görə, 29989 seçki məntəqəsində 26 milyondan çox insan səs verə biləcək.


Oxunma sayı: 11099

Oxşar yazılar