Rumıniyada işçi qüvvəsi böhranı yaşanır

  • 21:43 - 20 Aprel

Rumıniyanın Pakistandakı səfiri Nikolae Qoya pakistanlı məmurlarla görüşdə bildirib ki, yaxın illərdə Rumıniya müxtəlif ölkələrdən 1 milyon işçi qüvvəsi cəlb etmək niyyətindədir. O deyib ki, Rumıniyada yaşanan işçi qüvvəsi böhranı səbəbindən ölkəyə sürücülər, həkimlər, mühəndislər, kompüter texnologiyası mütəxəssisləri, inşaatçılar cəlb olunacaqlar. 2019-cu ildə Rumıniya 20 min əcnəbini ölkənin bir sıra sahələrində işləmək üçün qəbul edəcək.

Qeyd edək ki, rumınların daha çox əməkhaqqına görə Avropa İttifaqının digər ölkələrinə köçmələri ölkədə işçi qüvvəsi qıtlığına səbəb olub.


Oxunma sayı: 5104

Oxşar yazılar