Jirinovski Ukraynanı böldü - "Yeganə yolu budur"

  • 21:25 - 20 Aprel

Mən çoxdan deyirəm ki, Rusiyada da güclü debatlar keçirilməlidir. Debatlar, diqqət çəkmək üçün, uyğun zamanda keçirilməlidir. Bizdə isə elə alınır ki, Rusiyadan daha çox Ukraynadakı debatlara yer ayrılır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ukraynada prezidentliyə namizədlər arasında keçirilən debata münasibət bildirən Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

“Debatların keçirilməsi üçün stadionun seçilməsinə gəldikdə isə bu, sadəcə, görüntü xatirinə edilib. Studiyada debatlar daha düzgün keçirilə bilər, proqramı və öz komandanı təqdim edə bilərsən”, - Jirinovski qeyd edib.

Jirinovskinin fikrincə, Zelenskinin yüksək reytinqinə baxmayaraq, güc strukturlarının dəstəyi sayəsində Poroşenko qalib gəlmək üçün bütün imkanlara sahibdir.

“Ukraynanın bölünməsi – hazırkı böhranı həll etmək üçün yeganə yoldur. Poroşenko bunu daha tez reallaşdıracaq”, - partiya sədri qeyd edib.


Oxunma sayı: 9031

Oxşar yazılar