Moskvada iki polis qrupu arasında dava olub

  • 20:48 - 20 Aprel

Rusiyanın paytaxtı Moskva şəhərində iki polis qrupu arasında dava olub.

Bu barədə Moskva Şəhər Daxili İşlər İdarəsi məlumat yayıb.

Bildirilib ki, şəhərin Borisov Prud küçəsində iş saatını başa vurmuş mülki geyimli polislərlə xidməti vəzifəsini icra edən asayiş keşikçiləri arasında dava baş verib. Aparılan araşdırmalardan sonra hadisə iştirakçıları ciddi nizam-intizam məsuliyyətinə cəlb olunacaqlar. 

 

 

report


Oxunma sayı: 4499

Oxşar yazılar