Milli Azadlıq Hərəkatı Gününün loqosu Türkiyədə ictimaiyyətə təqdim olunub

  • 20:30 - 20 Aprel

Türkiyə Prezident Administrasiyasının Əlaqələr Başkanlığı 19 May - Milli Azadlıq Hərəkatı Gününün 100-cü ildönümü ilə bağlı hazırladığı loqonu ictimaiyyətə təqdim edib.

Avropa.info xəbər verir ki, Türkiyə Respublikasının qurulmasının təməl günü sayılan Milli Azadlıq Hərəkatı Gününün yubiley tədbirlərində bu loqodan istifadə olunacaq.

Qeyd edək ki, 19 may tarixi Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk milli azadlıq hərəkatının başlandığını elan edərək İstanbuldan yola çıxıb Samsun şəhərinə çatdığı gündür. Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, 19 may bütün ölkədə təntənəli şəkildə qeyd olunacaq.


Oxunma sayı: 10494

Oxşar yazılar