Kadırovdan Zelenskinin üzr istəməsinə reaksiya

  • 20:12 - 20 Aprel

“Poroşenkonun yaddaşla bağlı ciddi problemləri var. “Layf” telekanalının jurnalistləri Marat Sayçenko və Oleq Sidyakin Rusiya tərəfinə təhvil verilərkən Poroşenko Moskva üçün Ukraynadan daha yaxın və sadiq ölkə olmayacağını, özünün isə rusiyayönlü mövqe tutacağını açıqlamışdı”.

Bunları Vladimir Zelenskinin Çeçenistan liderindən üzr istəməsini ona irad tutan Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenkonun sözlərinə cavab olaraq Ramzan Kadırov deyib.

“İndi isə qorxu barədə! Əgər siz Ramzan Kadırovdan qorxmurdunuzsa, niyə mənim sərt tələblərimdən sonra öz əmrinizlə qaçırılmış müxbirləri azad etdiniz? İndi isə siz öz şəxsi günahınızı, az qala uşaqlıq qorxunuzu Vladimir Zelenskinin ayağına yazmaq istəyirsiniz. Əgər Zelenski öz haqsızlığını qəbul edibsə, məsələ bağlanıb. Siz rusların sevgi andları ilə Rusiyaya təhvil verilməsini necə müşayiət etdiyinizi unudaraq şayiə yayırsınız”, – Kadırov bildirib.

Qeyd edək ki, Pyotr Poroşenko debat zamanı rəqibini Ramzan Kadırovdan qorxmaqda və ondan üzr istəməkdə ittiham etmişdi.


Oxunma sayı: 5819

Oxşar yazılar