Bolqarıstanda təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

  • 19:38 - 20 Aprel

Bolqarıstanın Orizare qəsəbəsində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Bu barədə Orizare bələdiyyəsinin sədri Yordan Totev məlumat verib.

Bildirilib ki, ilkin araşdırmaya görə, qəzaya təyyarənin qanadında yaranan texniki nasazlıq səbəb olub və Meriç çayı yaxınlığında ağaclara çırpılaraq yerə düşüb.

Təyyarənin idman klublarından birinə məxsus olduğu bildirilib. 

 

report


Oxunma sayı: 4961

Oxşar yazılar